TOP 10

Əfran İsmayılov "Qəbələ"nin finaldakı qələbəsini layiqli sayır: "Bir-iki təklifim var, onları dəyərləndirəcəyəm"

Futbol
Tarix: 2019-05-19 19:45

"Çətin oyun olacağını bilirdik, amma çalışırdıq ki, daha çox mübarizə aparıb qalib olaq. Açığı, ilk hissədə doğrudan da çox zəif mübarizə apardıq. İkinci hissədə toparlanmağa çalışdıq. Əfsus ki, buraxdığımız qolun əvəzini çıxa bilmədik. Bu gün bizdə alınmadı. "Qəbələ" klubunu təbrik edirəm". Bunu Sport24.az-ın Naxçıvana ezam olunmuş əməkdaşına açıqlamaısnda "Sumqayıt"ın futbolçisi Əfran İsmayılov Azərbaycan kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra bildirib.

 

31 yaşlı yarımmüdafiəçi finaldalı nəticənin ədalətli olduğunu qeyd edib: "Gözlənilməz anda qol buraxdıq və bunun əvəzini çıxa bilmədik. Oyunun nəticəsi ədalətli idi. "Qəbələ" qələbəyə layiq idi. Ancaq başımızı aşağı salmamalıyıq. "Sumqayıt" bu yerə gedibsə, bu, böyük nəticəsindi. İstəyirik ki, bu nəticəni daha da yaxşılaşdıraq. Ancaq alınmadı. İnşalah, gələn mövsüm buna çalışarıq".

 

İsmayılov növbəti mövsüm üçün ona gələn təklifləri dəyərləndirəcəyini bildirib: "Hələ gələcək taleyimi bilmirəm. Bir-iki təklifim var, onları dəyərləndirəcəyəm. Mənim üçün xeyirlisi nədirsə, onu da edəcəyəm".

 

 

CEYHUN ƏLİYEV, Naxçıvan

 

 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB