TOP 10

“Mançester Siti” ilkə imza atdı

Dünya Futbolu
Tarix: 2019-05-19 18:24

“Mançester Siti” İngiltərə Federasiya kubokunun finalında “Uotford”u məğlub edərək, turnirin qalibi olub. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, 6:0 hesabıyla bitən görüşdə “şəhərlilər” yeni rekorda imza atıb.

Belə ki, “Mançester Siti” bu mövsüm bütün turnirlər daxil olmaqla 50 qələbə qazanıb. Bu, ingilis klubları arasındakı ən yüksək göstəricidi.


Bundan əvvəlki rekord isə 44 qələbə idi. “Mançester Yunayted” 2008/09, “Mançester Siti” isə 2017/18 mövsümündə bu göstəriciyə nail olmuşdu.


“Mançester Siti” bu uğuru ilə İngiltərədə daha bir ilkə imza atıb. Daha öncə Premyer Liqanın və İngiltərə Liqa Kubokunun qalibi olan komanda bir mövsüm ərzində hər üç turnirdə baş mükafata sahib çıxan yeganə klub ünvanını ələ keçirib. 


İngiltərə Kubokunda 8 ildən sonra çempion olan MS tarixində 6-cı dəfə bu turnirin qalibi adını qazanıb.

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB