TOP 10

Monrozdan diqqətçəkən vida - Azərbaycan Kubokunun tarixinə düşdü

Futbol
Tarix: 2019-05-19 17:34

"Qəbələ"nin legioneri Stiven Monroz Azərbaycan Kubokunun tarixinə düşüb. Sport24.az xəbər verir ki, 29 yaşlı fransalı hücumçu 1992-ci ildən keçirilən bu turnirin finallarında ən erkən qolun müəllifi olub.

 

Monroz "Sumqayıt"la Naxçıvanda hazırda ilk hissəsi gedən qarşılaşmanın 4-cü dəqiqəsində hesabı açıb. Bunaədk keçirilən 25 finalda ən erkən qol 5-ci dəqiqə idi. Özü də 2 dəfə bu dəqiqədə hesab açılmışdı. 2005-ci ildə "Bakı"nın braziliyalı hücumçusu Lenadro Qomeş "İnter"lə (hazırkı "Keşlə"ylə) Tofiq Bəhramov adına Respublika stadionunda 5-ci dəqiqədə fərqlənib. Bundan düz 10 il sonra digər braziliyalı hücumçu - "Qarabağ"lı Reynaldo Siva "Neftçi"ylə Qəbələdəki finalda hesabı açan tərəf olub. Braziliyalılar hər iki halda qələbənin təməlini qoyub. Yəni, "Bakı" 2:1, "Qarabağ" 3:1 hesablı qələbəylə həmin finalların qalibi olub. Tendensiya davam etsə, bu dəfə erkən qol "Qəbələ"yə düşərli olmalıdı.

 

Qeyd edək ki, Stivenin "Qəbələ"ylə başa çatan müqaviləsini uzatmayaraq "Neftçi"yə keçəcəyi gözlənildiyindən, "qırmızı-qara" formada son matçı olacaq. 

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB