TOP 10

İtaliyada mövsümün ən yaxşıları bilindi

Dünya Futbolu
Tarix: 2019-05-19 17:25

Futbol üzrə İtaliya A Seriyasında 2018/19 mövsümünün müxtəlif nominasiyaları üzrə ən yaxşı futbolçular məlum olub. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, cari mövsümün ən yaxşı hücumçusu “Sampdoriya”dan Fabio Kvalyarella seçilib. 36 yaşlı forvard A Seriyasında 37 turdan sonra 26 qolla bombardirdir.


Ən yaxşı qapıçı “İnter”dən Samir Handanoviç, müdafiəçi “Napoli”dən Xalidu Kulibali, yarımmüdafiəçi isə “Latsio”dan Sergey Milinkoviç-Saviç seçilib. Mövsümün ən yaxşı gənc futbolçusu isə “Roma”dan 19 yaşlı yarımmüdafiəçisi Nikola Zaniolo olub.


Mövsümün ən yaxşı futbolçusu isə “Yuventus”dan Kriştiano Ronaldo seçilib.

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB