TOP 10

Oyun əlavə vaxta getsə... Naxçıvanda son durum - FOTOLAR - YENİLƏNDİ

Futbol
Tarix: 2019-05-19 16:05

Bu gün ölkə Kubokunun qalibi müəyyənləşməlidi. Sport24.az-ın Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, həlledici matçda üz-üzə gələn “Qəbələ” – “Sumqayıt” oyununa 1 saatdan artıq vaxt qalarkən, əsl futbol havası müşahidə olunur.

 

Müləyim külək, sərin havada oynamaq futbolçulara nə qədər xoş olsa da, bu gedişlə hava tez qaralacaq. Belədə, isə oyun əlavə vaxta getsə, görüşün necə davam etdiriləcəyi məlum deyil. Məsələ burasındadı ki, Naxçıvan Muxtar Respublika Stadionunda projektorlar işləmir. 

 

Oyunun başlamasına 1 saat qalmış Naxçıvana bir yağış tökdü, gəl görəsən! Təqribən 10 dəqiqə yağan leysan azarkeşlərin media tribunasının altına toplaşmasını şərtləndirdi.

 

Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” görüşü saat 17:00-da start götürəcək.

 

 

 


 

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB