TOP 10

“Mançester Siti” onunla ayrılığı rəsmən açıqladı

Dünya Futbolu
Tarix: 2019-05-19 16:01

İngiltərə çempionu “Mançester Siti”nin futbolçusu Vensan Kompani klubdan ayrılır. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, Kompaninin müqaviləsinin yenilənməyəcəyi və klubdan ayrılacağı bildirilib.


33 yaşlı müdafiəçi “Mançester Siti”nin Federasiya kubokunun (FA) finalında “Uotford”u 6:0 hesabıyla məğlub etdiyi matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb.


2008-ci ildən “Mançester Siti”də forma geyinən Kompaninin “şəhərlilər”lə müqaviləsi mövsümün sonuna qədər idi.

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB