TOP 10

"Bəxtsiz cavan"ın taleyi necə olacaq? - "kabus"un nəhayət, bitəcəyinə ümid edir

Futbol
Tarix: 2019-05-19 14:00

Azərbaycan Kubokunun budəfəki finalçıları arasında onu qazananlar da var, yalnız finalda iştirak edənlər də. Ancaq elə bir futbolçu var ki, onun üçün final "kabus"a çevrilib. Axı, necə də olmasın, 5 dəfə finalda oynasan, kubokun bir addımlığında olasan, ancaq ona toxuna bilməyəsən.

 

Bəli, bu, "Qəbələ"nin kapitanı Cavid Hüseynovdu. 31 yaşlı yarımmüdafiəçi son 2 finalda kapitan kimi Kuboku başı üzərinə qaldıra bilərdi. Ancaq 2017-ci ildə Naxçıvanda "Qarabağ"a 0:2, bundan 1 il sonra Qəbələdə "Keşlə"yə 0:1 hesablı məğlubiyyət buna imkan vermədi. Cavid ilk 3 dəfə isə paytaxt klublarında, kapitan olmadan Azərbaycan Kubokuna sahib çıxmaq imkanı olub. Ancaq ilk olaraq "İnter"lə (hazırkı "Keşlə"ylə) ardıcıl 2 mövsüm - 2008-ci ildə "Xəzər Lənkəran" 0:2, 2009-cu ildə "Qarabağ"a Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesablı məğlubiyyətə üzülüb. Və 2012-ci ildə "Neftçi"nin futbolçusu kimi "Dalğa Arena"da "Bakı"ya 0:2 hesablı məğlubiyyət  Cavidə Kuboka qovuşmağına imkan verməyib. 

 

Bəli, Hüseynov üçün artıq 6-cı final. "Kabus" sona çatacaq, yoxsa davam edəcək? Bununla bağlı Sport24.az-ın sual ünvanladığı Cavidi dinləyək: "Bəli, bunadək 5 finalda oynamışam, ancaq hələ də Kuboku qazana bilməmişəm. Bu, finaldı, bir oyundan ibarətdi. Ona görə də şanslar 50-50-yədi. Haraya frılasan, şanslar bərabər qiymətləndirilir. Mənim üçün 6-cı, "Qəbələ"nin 4-cü finalıdı. Ümid edək ki, keçmişdə olanlar bu dəfə olmayacaq. Nəhayət, Azərbaycan Kubokunu qazanacağıq və klubun tarixinə ilk titulun sahibləri kimi adımızı yazdıracağıq".

 

Qeyd edək ki, "Qəbələ" 14 illik tarixində indiyədək çempion da olmayıb. 

 

 

 

MEHMAN SÜLEYMANOV

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB