TOP 10

Ozan Can mövsümün son matçında iştirak etmədi

Dünya Futbolu
Tarix: 2019-05-19 14:11

Futbol üzrə Türkiyə 1-ci liqasında mövsümə yekun vurulub. Sport24.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da sonuncu matçına çıxıb.


Sözügedən kollektiv 34-cü tur çərçivəsində doğma meydanda “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.


Ozan bu görüşün iştirakçısı olub. Onun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.


“Girəsunspor” mövsümü 36 xalla 18 kollektiv arasında 14-cü pillədə başa vurub. Ozan Can isə mövsüm ərzində cəmi 14 oyuna çıxıb və bu görüşlərdə 4 sarı vərəqə ilə cəzalanıb.
 

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB