TOP 10

Emil Balayev qayıtdı, “Tobol” darmadağına sevindi

Dünya Futbolu
Tarix: 2019-05-19 13:05

Futbol üzrə Qazaxıstan çempionatında 11-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.


Sözügedən klub doğma meydanda “Atırau” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.


Emil də bu görüşün iştirakçısı olub. Zədədən qayıdan millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


“Tobol” hazırda 23 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
 

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB