TOP 10

Dəniz Yılmazın komandası “qızıl”ı son turda əldən verdi

Dünya Futbolu
Tarix: 2019-05-19 12:08

Futbol üzrə Türkiyə 1-ci liqasında mövsümə yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də sonuncu matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Yılmazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.


Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. Yeri gəlmişkən, onu karyerasında sonuncu rəsmi matçına çıxan məşhur braziliyalı hücumçu Mert Nobre əvəz edib.


Son tura lider kimi girən “Gənclərbirliyi” mövsümü 70 xalla 18 kollektiv arasında ikinci pillədə başa vurub. Paytaxt klubunun bu xal itkisindən maksimum yararlanan “Dənizlispor” isə mövsümü qələbə ilə və vahid lider kimi başa vurub. İkinci pilləyə düşməsinə baxmayaraq, futbolçumuzun komandası “Dənizlispor”la birgə Super Liqaya birbaşa vəsiqə qazanıb.


Yılmaz geridə qalan mövsümdə 24 oyuna çıxıb. O, bu görüşlərdə 3 qol vurub, 2 dəfə sarı vərəqə ilə cəzalanıb.

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB