TOP 10

İsrafilovlu “Alkorkon” yenə məğlub oldu

Dünya Futbolu
Tarix: 2019-05-19 11:36

Futbol üzrə İspaniya Sequndasında 38-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

 

Sözügedən kollektiv doğma meydanda “Ekstremadura” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb - 0:1.

 

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü sarı vərəqə ilə də cəzalanıb.

 

Hazırda 51 xala malik “Alkorkon” 22 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
 

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB