TOP 10

4-cü final, 29-cu duel

Futbol
Tarix: 2019-05-19 09:33

Bu gün futbol üzrə Azərbaycan kubokunda 2018/19 mövsümünün final oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, “Qəbələ” Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq görüşdə “Sumqayıt”la qarşılaşacaq. 

 

“Qırmızı-qaralar” klub tarixində 4-cü dəfə finalın iştirakçısı olacaq. Ardıcıl 3-cü dəfə həlledici qarşılaşmada oynayacaq “Qəbələ” 2013/14, 2016/17 və 2017/18 mövsümlərində də kubok uğrunda matçda qüvvəsini sınayıb. 

 

Naxçıvanda keçiriləcək matç iki komanda arasında Azərbaycan kuboku çərçivəsində ilk duel olacaq. Ümumilikdə isə “Qəbələ” və “Sumqayıt” 28 dəfə görüşüb. Bütün oyunlar Premyer Liqa çərçivəsində keçirilib. “Qırmızı-qaralar” 17 qələbə qazanıb, 8 heç-heçə edib və 3 dəfə məğlub olub. 

 

47 qol vuran “Qəbələ” futbolçuları 21 top buraxıb. İlk dəfə neytral meydanda üz-üzə gələcək rəqiblər 14 dəfə “Qəbələ”nin, 14 dəfə “Sumqayıt”ın meydanında görüşüb. “Qırmızı-qaralar” evdə 11, səfərdə 6 dəfə qalib gəlibsə, sumqayıtlılar yalnız öz meydanında qələbə qazanıb. 8 heç-heçədən 3-ü “Qəbələ”nin, 5-i rəqibin meydanında gerçəkləşib. “Qəbələ” həm öz (26-7), həm də rəqib (21-14) meydandakı top fərqində öndədi. 

14 Sentyabr 2019
13 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB