TOP 10

"Qəbələ"yə düşərli, "Sumqayıt"a düşərsiz: İnqilabın "qurbanlar"ı olan finalçılar, ehtiyatlı olun!

Futbol
Tarix: 2019-05-19 09:56

Azərbaycan Kubokunun finalını idarə edəcək. İnqilab Məmmədov başa çatan mövsümdə ən çox baş hakim kimi təyinat alandı. Sport24.az xəbır verir ki, bu, 35 yaşlı FİFA referisinin yubiley - 20-ci qarşılaşması olacaq.

 

İnqilab bunadək 19 matçda fit çalıb ki, bunun 17-si Premyer Liqada, 2-si Azərbaycan Kubokunda olub. O, hazırkı turnirdə oyun sayında rekordçudu.

 

Məmmədovun ölkə Kubokunda bu mövsümdə "Sumqayıt"la ilk dəfə yolu kəsişəcək. "Qəbələ"ylə yeganə görüşü isə elə onu finala çıxaran qarşılaşma olub. Düzdür, "Qarabağ"la Tofiq Bəhramov adına Respublika stadionundakı təkrar qarşılaşmada Sənan Qurbanovun komandası 1:2 hesabıyla uduzsa da, iki oyunun ümumi nəticəsinə əsasən səfər qoluna görə keçdi. Ancaq onu da nəzərə alaq ki, İnqilab "Qəbələ"nin 6 futbolçusuna sarı vərəqə göstərdi. Bu, müdafiəçi Amin Seydiyevlə albaniyalı mərkəz yarımmüdafiəçisi Sabien Lilay üçün hazırkı Kubokda 2-ci olduğundan cəzalı duruma düşdülər və avtomatik finalı buraxmalı oldular. Bu azmış kimi, Məmmədov "Qəbələ"nin baş məşqçisini də "texniki zona"dan qovdu. Nəticədə Sənan Qurbanov Naxçıvabdakı komandanı çıxara bilməyərək matçı tribunlardan izləməli olacaq.

 

Nəticə baxımından götürsək, İnqilab "Qəbələ" üçün düşərli hakimdi. Çünki başa çatan çempionatda idarə etdiyi 4 matçın heç birində uduzmayıb. "Sumqayıt" isə İnqilabla hər 2 görüşüdə meydanı=dan qol vurmadan məğlubiyyətdən ayrlıb.

 

Məmmədov hər iki komandaya qarşı qırmızı vərəqədə də amansızdı. Çünki hər birində 2 futbolçunu meydana qovub. "Qəbələ"dən müdafiəçi Bəhlul Mustafazadəylə hücumçu Rauf Əliyev, "Sumqayıt"dan isə kapitanı Vurğun Hüseynovla sol cinah müdafiəçisi Yusif Nəbiyev bunun acısını çəkdiklərindən finalda ehtiyatlı olmalıdırlar.

 

 

İnqilab Məmmədov cari mövsümdə "Qəbələ"nin matçlarında - 5 dəfə, Premyer Liqada 2 dəfə qalib gəlib (2:1, 2:1), 2 dəfə heç-heçə edib (0:0, 1:1), 5 sarı, 2 qırmızı vərəqə göstərib, Azərbaycan Kubokunda 1 dəfə uduzub (1:2), 6 sarı vərəqə göstərib, qapısına penalti təyin etməyib. 

 

İnqilab Məmmədov cari mövsümdə "Sumqayıt"ın matçlarında - 2 dəfə, Premyer Liqada 2 dəfə uduzub (0:1, 0:1), 5 sarı, 2 qırmızı vərəqə göstərib, qapısına 1 penalti təyin edib, Azərbaycan Kubokunda idarəçilik etməyib. 

 

İnqilab Məmmədov cari mövsümdə - 19 oyun idarə edib, Premyer Liqada 17 oyunda 96 sarı (47-si meydan sahiblərinə, 49-u qonaqlara), 9 qırmızı (5-i meydan sahiblərinə, 4-ü qonaqlara), 6 penalti təyin edib (1-i meydan sahiblərinin, 5-i qonaqların qapısına), Azərbaycan Kubokunda 2 oyunda 15 sarı, 2 qırmızı vərəqə göstərib. 

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB