TOP 10

"Qəbələ"nin "1 nömrə"si qayıdıb, bombardiri ayrı düşüb - yataq şəraitindədi, sistem qoyulub

Futbol
Tarix: 2019-05-19 00:20

"Qəbələ" Azərbaycan Kubokunda "Sumqayıt"la bugünkü final matçı öncəsi heyətlə bağlı ciddi itkiylə üzləşib. Komandanın baş məşqçisi Sənan Qurbanov Sport24.az-a açıqlamasında nigeriyalı bombardirləri (çempionatda 10, kubokda 2 qol) Ceyms Adeniyinin səhhətində problem yarandığı üçün düşərgədə olmadığını bildirib: "Adeniyi xəstələndiyindən heyətimizdə deyil. Onu heç Naxçıvana gətirməmişik, Bakıda qaldı. Son günlərdə həkim nəzarəti altında oldu. Yataq şəraitində idi, sistem qoyulmuşdu. Soyuqladığından vacib matçda bizə kömək edə bilməyəcək".

 

Qurbanov ukraynalı əsas qapıçısı Dmitri Bezotosnının isə artıq probleminin qalmadığını söyləyib: "Bildiyiniz kimi, Bezotosnı çempionatıan sonuna az qalmış ciddi zədələndi. Nəticədə "Qarabağ"la Kubokun yarımfinal matçlarında onun xidmətindən yararlana bilmədik. Ancaq Dima final matçına tam hazırdı. Hələ Bakıda olduğumuz zamanı komandanın hazırlığında iştirak edirdi. Naxçıvanda da bizimlə tam gücüylə çalışdı. Bezotosnı həlledici görüşdə qapımızı qoruyacaq".

 

"Qəbələ" "Sumqayıt" kimi son məşqini görüşəcəkləri Naxçıvan şəhər stadionunda edib. "Qırmızı-qaralar" nominal meydan sahibi olduğundan məşqə ikinci - saat 18:00-da çıxıb. 

 

Qeyd edək ki, Qurbanov sağ cinah müdafiəçisi Amin Seydiyevlə albaniyalı dayaq yarımmüdafiəçisi Sabien Lillayı cəza üzündən finalda oynaya bilməyəcək.

 

 

 

MEHMAN SÜLEYMANOV

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB