TOP 10

Azərbaycan Voleybol Federasiysında baş katib dəyişikliyi - keçmiş prezident təyinat aldı

Voleybol
Tarix: 2019-05-17 18:00

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyində dəyişiklik edilib. Sport24.az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, prezident Cavid Qurbanovun və AVF Rəyasət hHyətinin qərarı ilə qurumun baş katibi Elşən İsmayılov vəzifəsindən azad edilib. Bu posta Cəlil Cəfərov təyin olunub.

 

“Rabitə” və “Telekom” klublarının sabiq prezidentinin AVF-in aş katib vəzifəsinə seçilməsi ölkəmizdə voleybol idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədəuyğun hesab edilib. Cəfərov Azərbaycan voleybol sevərlərinə yaxşı tanış simadır. O, “Rabitə” komandası ilə 8 dəfə Azərbaycan çempionu olmaqla yanaşı, bu kluba Çempionlar Liqasının, CEV kubokunun həmçinin klublararası dünya çempionatının qızıl və gümüş medallarını qazandırıb. Bununla yanaşı, “Telekom” da Azərbaycan Super liqasında öz sözünü deyərək  milli komandamızın heyətinin genişləndirilməsinə öz töhvələrini verib.

 

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB