TOP 10

Yurçeviçlə millidə 1 kənarlaşdırma, 5 əlavə: Onlar arasında debütant da var, qayıdan da, millidə qol hesabını açan da

Futbol
Tarix: 2019-05-16 19:18

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç ilk açıqladığı heyətlə müqayisədə 1 futbolçunu kənarda qoyub. Sport24.az xəbər verir ki, bu, millimizin UEFA Milətlər Liqasında ilk qolunun müəllifi olan Təmkin Xəlilzadədi.

 

Ancaq "Sabah"ın 26 yaşlı sol cinah oyunçusunu dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün hələ apreldə mövsümün sonuna qədər komandadan uzaqlaşdırdığını və futbolçunun milli komandanın da üzvü olduğu üçün verilmiş qərar barədə işgüzar qaydada AFFA da məlumatlandırıldığını nəzərə alsaq, çağırılmayacağı gözlənilən idi. Yurçeviç Xəlilzadəni Xorvatiya ilə Zaqrebdəki rəsmi matçda ehtiyatda oturaraq Litvayla Bakıdakı yoldaşlıq görüşündə meydana buraxaraq 88-ci dəqiqədə əvəzləmişdi. 

 

Yurçeviç bu dəfə əvvəlki müqayisədə daha geniş heyətə ehtiyac duyub. Təsadüfi deyil ki, ilk dəfə 23, bu dəfə isə 27 futbolçuya dəvət göndərib. Xorvatiyalı mütəxəssis ilk dəfə müdafiəçi Bəhlul Mustafazadə ("Qəbələ"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), yarımmüdafiəçi Rəşad Eyubovla Ağabala Ramazanov ("Səbail") və hücumçu Renat Dadaşovu ("Eştoril", Portuqaliya) sərəncamında görəcək. Bu 5 oyunçudan bunadək əsas yığmanın düşərgəsində yer almayan yoxdu. Düzdür, U-21 yığmamızın kapitanı olmuş Mustafazadəni Qurban Qurbanov millinin baş məşqçisi olanda ilk matçında - Moldova yığmasıyla Antalyada qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşünə çağırsa da, onu meydana buraxmayıb. Bəhlul indiyədək əsas yığmada oynamadığından debütantdı. Millimizin əsas heyət üzvlərindən sayılan Paşayevi Yurçeviç zədə üzündən ilk toplanışına çağıra bilməyib.

 

Eyubov da Qurbanovun vaxtında millimizə cəlb olunub. Ancaq Bəhluldan fərqli Rəşad meydana çıxıb. Bu, Makedoniyayla martda Antalyada 1:1 hesabıyla nəticəkənən yoldaşlıq görüşündə 78-ci dəqiqədə meydana daxil olmaqla reallaşıb. Eyubovun millidə debütü isə hələ Robert Prosineçkinin vaxtında - 4 il öncə Moldova yığmasına Bakı Olimpiya Stadionunda (BOS) 2:1 hesabıyla qalib gəldiyimiz matçda 75-ci dəqiqədə germəkləşib. 

 

Qış fasiləsindən sonra inamlı təsir bağışlayaraq "Səbail"də bütün qollarını vuran Ağabala Ramazanov millimiz dəhələ Berti Foqsun vaxtında debüt edərək qol hesabını da açmağa müvəffəq olub. Ancaq bu, moldovalılarla az öncə bəhs etdiyimiz yoldaşlıq görüşündə qələbə topu olub. 

 

Nəhayət, Renat Dadaşov. O, U-21 yığmamızın üzvü sayılsa da, baş məşqçi Milan Obradoviç onu ilk rəsmi matçına açıqladığı heyətdə yer vermədi. Bu isə o deməkdir ki, Renat Yurçeviçə lazımdı. Rüfət Dadaşovun kiçik qardaşı olan 20 yaşlı bu hücumçu millimizdə Prosineçkinin vaxtında - 2 il öncə San-Marino yığmasını "Bakcell Arena"da 5:1 hesabıyla məğlub etdiyimiz seçmə mərhələ matçında 72-ci dəqiqədə meydana çıxmaqla reallaşıb. Yeri gəlmişkən, Ramazanov da son dəfə millidə həmin matçda 62-ci meydana çıxmaqla forma geyinib. Bundan sonra Qurbanov "Qarabağ"da da Ağabalanın baş məşqçisi olsa da, nə onu, nə də Renata dəvət göndərib. O, Rüfəti Millətlər Liqası matçlarında milliyə qaytardl. Yurçeviç isə Dadaşov qardaşlarını ilk dəfə millidə yer almalarına şərait yaradır. 

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB