TOP 10

“Sabah”ın hazırlıq planı açıqlandı

Futbol
Tarix: 2019-05-16 15:29

“Sabah”ın 2019/20 mövsümü üçün hazırlıq planı bəlli olub. Sport24.az xəbər verir ki, paytaxt klubu iyunun 17-də Bakıda toplaşacaq. 


Paytaxtda baş tutacaq hazırlıq iyulun 13-dək davam edəcək. Bu müddətdə 4 yoxlama oyunu keçiriləcək.


Hazırlığın ikinci mərhələsi isə Türkiyənin Bolu şəhərində baş tutacaq. Komanda iyulun 16-da qardaş ölkəyə yollanacaq. Türkiyədəki təlim-məşq toplanışı iyulun 29-dək davam edəcək. “Sabah” Boluda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.


Sınaq görüşlərindəki rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB