TOP 10

“Arsenal” Bakı finalına görə UEFA-nı “top atəşi”nə tutdu

Futbol
Tarix: 2019-05-16 15:00

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final qarşılaşması iştirakçılarından biri olan London “Arsenal”ı rəsmi saytı vasitəsi ilə bəyanat yayıb. Sport24.az xəbər verir ki, İngiltərə klubu UEFA-nı görüşü paytaxtımıza saldığı üçün “top atəşi”nə tutub.

 

Bəyanatda həm klub azarkeşlərinə az sayda bilet verilməsi, həm də nəqliyyat problemi qabardılır: “Avroliqanın finalına bütün “Arsenal” camiəsi sevinir. Biz “Çelsi” ilə mayın 29-da baş tutacaq həlledici oyunu böyük səbirsizliklə gözləyirik. Bununla yanaşı, təəssüf hissi ilə bildiririk ki, tutumu 60 mindən artıq olan stadiona nəqliyyat məhdudiyyətinə görə UEFA “Arsenal”a 6 mindən artıq bilet təqdim edə bilmir. Bakıya səyahətin nə dərəcədə çətin olmasını nəzərə alaraq, heç olmasa 6 min azarkeşimizin final qarşılaşmasını izləyə bilib-bilməyəcəyini zaman göstərəcək”.

 

“Topçular” daha sonra mövsümlük abonement sayını Avropanın ali futbol qurumunun gözünə soxub: “Klubumuzun 45 min abonement sahibi var. UEFA bu cür məhdud nəqliyyat təminatlı məskəni seçməklə səhv edib və bu üzdən oyunu izləmək istəyən xeyli azarkeşimiz üçün final qapıları bağlanıb. Reallıq budur ki, finala kimin çıxmasından asılı olmayaraq, həmin klub azarkeşlərinin tələbatını ödəyə bilməyəcəkdi”. 

 

Sonda “Arsenal” fanatları adından şikayətlənib: “Azarkeşlərimizdən xeyli sayda şikayət almışıq və onların narahatlığıyla tam həmfikirik. Onların adından bilmək istəyərdik ki, final qarşılaşmalarının yerləri hansı meyarlara əsasən müəyyənləşir və azarkeşlərin tələbləri nəzərə alınırmı? İrəliyə baxaraq UEFA-nı finallarla bağlı gələcək qərarlarda maddi-texniki təminatı və azarkeşlərin tələblərinə həlledici məqam kimi baxmağa çağırırıq. Çünki bu mövsüm yaşananlar qəbuledilməzdir və gələcəkdə təkrarlana bilməz. Analoji vəziyyətin gələcəkdə  təkrarlanmaması üçün istənilən fikir mübadiləsinə qoşulmağa hazırıq”.
Söhbətin 

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB