TOP 10

Finalçılar bəlli oldu

Dünya Futbolu
Tarix: 2019-05-16 14:52

Futbol üzrə İngiltərə Çempionşipində pley-off mərhələsinin finalçıları məlum olub. Sport24.az xəbər verir ki, Premyer Liqaya yüksəlmək üçün keçirilən həlledici oyunda “Derbi” ilə “Aston Villa” qarşılaşacaq. Matç mayın 27-də, “Uembli” stadionunda keçiriləcək.


Sözügedən qarşılaşma “Çelsi”nin sabiq iki futbolçusunun da dueli olacaq. Belə ki, “zadəganlar”ın sabiq futbolçusu Frenk Lempard “Derbi”ni çalışdırır, Con Terri isə “Aston Villa”nın baş məşqçisi Din Smitin köməkçisidir.


İngiltərə Çempionşipindən bu mövsüm Premyer Liqaya yüksələn digər iki klub “Norviç” və “Şeffild Yunayted”dir.

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB