TOP 10

“Keşlə”də “təmizləmə əməliyyatı”: 13 futbolçuyla yollar ayrıldı 

Futbol
Tarix: 2019-05-16 14:17

Tarixi ərzində ən uğursuz mövsümünü keçirən “Keşlə” köklü islahatlara başlayıb. Sporr24.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi 13 futbolçuyla yollarını ayırmağı qətiləşdirib.

 

Söhbət Davud Kərimi, Kamran Ağayev, Fuad Bayramov, Ruslan Nəsirli, Seymur Əsədov, Amil Yunanov, Nikola Mitroviç, Denis Silva Kruz, Andre Klennon, Edvinas Girdivanis, Angelo Pena, Valeri Kutsenko və Conatan Ayitedən gedir. Adları qeyd olunan futbolçularla yeni müqavilə imzalamamağa dair qərar qəbul edilib. 

 

Bununla yanaşı, daha 1-2 futbolçunun adı klub rəhbərliyinin “qara siyahısı”nda olsa da, hələlik dəqiq informasiya əldə edə bilməmişik.

 

Yaxın günlərdə “Keşlə” əks istiqamətdə də əməli işlərə start verəcək. Bu da təbiidir. Gedənlərin yerinə yeni simalar dəvət olunmalıdır.
 

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB