TOP 10

İlk və rekord

Futbol
Tarix: 2019-05-16 13:47

“Zirə” futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə topladığı 31 xalla çempionatı 5-ci pillədə başa vurub. Sport24.az xəbər verir ki, dördüncü dəfə Azərbaycanın ən güclüləri sırasında mübarizə aparan “qartallar” üçün mövsüm ilklə əlamətdar olub. 


Belə ki, ilk dəfə komanda səfərdə evdəkindən daha çox qol vurub. Mövsüm ərzində rəqib qapılarına 30 dəfə yol tapan “Zirə” öz meydanında 13, rəqib stadionlarında 17 dəfə fərqlənib. 

Səfərdəki bu məhsuldarlıq həm də klub tarixinin rekordudur. “Qartallar” heç bir mövsümdə rəqib meydanında bu qədər qol vurmayıb. 2015/16 və 2017/18 mövsümlərində 15 dəfə fərqlənən “Zirə” futbolçuları 2016/17 sezonunda meydan sahiblərinin qapısından 11 top keçiriblər.


Qeyd edək ki, “Zirə” cari mövsüm səfərdə bütün komandaların qapısından qol keçirib. “Qartallar” “Sabah”la “Neftçi”yə 4, “Keşlə”yə 3, “Qarabağ”la “Səbail”ə 2, “Sumqayıt”la “Qəbələ”yə 1 qol vurublar.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB