TOP 10

Araz Abdullayev "qızıl"larını artırmaq və əsas heyətdə möhkəmlənmək istəyir: "Çətin vaxtımda "Qarabağ" mənə sahib çıxdı"

Futbol
Tarix: 2019-05-16 16:06

"Mövsümü çempion kimi başa vurduğumuza çox sevincliyəm. Gözləyirdim ki, "Qarabağ"la çempion olarıq. Amma bilirsiniz ki, çox çətin çempionat keçdi. Üç "cəbhə"də çıxış etməli olduq - çempionat, Avroliqanın qrupu, ölkə Kuboku. Üstəlik, baş məşqçimiz milli komandanın da "sükanı arxası"nda olmuşdu. Nə qədər ağır mövsüm keçirsək də, sonda qalib olduğumuza görə çox sevincliyik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Araz Abdullayev bildirib.

 

Ağdam klubunda debüt mövsümündə çempion olan millimizin 27 yaşlı yarımmüdafiəçisi burda ilk qızıl medalın, çempionluq kubokunu "Neftçi"in meydanında - uzun illər ona doğma olan "Bakcell Arena"da qaldırdı. Araz ilk və hazırkı klubundakı çempionluqları belə müqayisə edib: "Bilirəm ki, "Neftçi"nin yetirməsiyəm, neçə illər burda keçirmişəm. Ancaq çətin vaxtımda - Kiprdən Vətənə qayıdanda "Qarabağ" mənə sahib çıxdı. 1-ci yerə çıxmaq hər bir futbolçunun arzusudu. Keçən il Kiprdə "Anortosis"də 3-cü yeri tutdum, xaricdə nəticə daha da uğurdu. "Neftçi"də 3 dəfə çempion olmuşam, "Qarabağ"la ilk dəfədi. Çalışacam ki, "Qarabağ"la da "qızıl"larımın sayı çox olsun. Nəticə verməyi sevirəm. İstəyərəm ki. yenə çempion olum".

 

Məlumdu ki, Abdullayev "Qarabağ"da əsas heyətdə hələ də möhkəmlənə bilməyib. Daha çox ehtiyatda meydana girməyinə adət etdiyimiz Araz həlledici qollar vursa da, start "11-liy"inin üzvü sayılmır. Ancaq futbolçu klubunu dəyişməyi fikirləşməyərək əsas heyətin daimi üzvü olmaq istəyir: "Qarabağ"la hələ 2 illik müqaviləm var. Yenə çalışacam baş məşqçinin tapşırıqlarını daha yaxşı yerinə yetirim ki, daha çox meydanda ola bilim. "Qarabağ"da əsas heyət oyunçusu olmağım üçün daha çox çalışmalı, məşqlərdə özümü daha yaxşı tərəfdən göstərməliyəm".

 

 

MEHMAN SÜLEYMANOV

17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB