TOP 10

"Qəbələ"nin sabiq baş məşqçisi finala çıxdı

Dünya Futbolu
Tarix: 2019-05-16 11:19

Rusiya kubokunda finalçılar müəyyənləşib. Sport24.az xəbər verir ki, yarımfinal mərhələsində "Ural" evdə 1:0 hesabı ilə qalib gəldiyi Tula "Arsenal"ının qonağı olub. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşdığından Yekaterinburq təmsilçisi həlledici oyuna yüksəldib.

 

"Lokomotiv" evdə 2:2 hesablı heç-heçə etdiyi "Rostov"u səfərdə məğlub edib - 2:0. Bu nəticə "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı Moskva klubunu finala yüksəldib. "Lokomotiv" - "Ural" görüşü mayın 22-də Samarada keçiriləcək.

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB