TOP 10

Turun "Ən"ləri-28: Çempion qapını "het-triklə çırpdı"

Futbol
Tarix: 2019-05-16 10:18

Azərbaycan Premyer Liqasında (TPL) 2018/19 mövsümün son turu da arxada qaldı. Sport24.az hələ ötən çempionatın ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla görüşünüzə sonuncu dəfə gələrək XXVIII turu dəyərləndirir. 

 

"Simvolik yığma"

 

Qapıçı: Rəşad Əzizli ("Sumqayıt")

 

Müdafiəçilər: Tural Axundov ("Neftçi", 4) - Adrian Skarlatake ("Zirə", 4) - Vurğun Hüseynov ("Sumqayıt", 2) - Sərtan Taşkın ("Keşlə", 2)

 

Yarımmüdafiəçilər: Samir Məsimov ("Keşlə") - Emin Mahmudov ("Neftçi", 9) - Riçard Almeyda ("Qarabağ", 3) - Dani Kintana ("Qarabağ", 5)

 

Hücumçular: Xuliso Sezar Rodgires ("Zirə", 3) - Mahir Mədətov ("Qarabağ", 6)

 

 

Turun BAŞ MƏŞQÇİsi - Qurban Qurbanov ("Qarabağ", 9)

Qurban Qurbanov çempionluğu qazandıqları matçdan sonrakı - "Neftçi"ylə artıq formal xarakter daşıyan səfər matçına da komandasını yaxşı hazırlaya bildi. Döyüşkən heyəti meydana buraxan təcrübəli mütəxəssis fasilədə kapitanı, meydanda "sağ əli" olan Rəşad Sadıqovu əvəzlədi. Ancaq zaman göstərdi ki, bu, düzgün addım idi. Qurbanov Sadıqovu zəif oyuna, yoğrunluğa görə yox, ilk hissədə əsəbiləşərək rəqibin baş məşqçisi Roberto Bordinə qarşı emosiyalarını cilovlaya bilmədiyinə görə oyundan alınmasın daha məqsədəuyğun saydı. Qurbanov əsas heyət üzvlərindən sayılan xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçi yalnız sona 24 dəqiqə qalmış meydana buraxdı ki, o da qələbə topuyla nəticələnən hücumda iştirak etdi.

 

Turun QƏHRƏMANı - Mahir Mədətov ("Qarabağ", 3)

Mahir Mədətov üçün son tur əlamətdar oldu. Belə ki, 22 yaşlı hücumçu etdiyi dubllda həm komandasının "Bakcell Arena"da 3:2 hesablı qələbəsində böyük rol oynadı, həm də ən əsasl, başa çatan çempionatın bombardiri oldu. Bu, 16 qolla reallaşdı ki, Mahir həmin görüşdə rəqibin heyətində fərqlənməyən, zədə üzündən matçın 17-ci dəqiqəsində əvəzlənə fransalı həmkarı Baqali Dabonu 2 qolla arxada qoydu. Mədətov 1992-ci ildən keçirilən milli çempionatımızın tarixində ilk dəfə bombardir, bu adı qazanan ən gənc futbolçu oldu.

 

 

Turun ANTİQƏHRƏMANı - Elvin Yunuszadə ("Səbail")

"Səbail" son turdakı matça bürünc medalçı kimi çıxsa da, nəticə çox uğursuz oldu. "Dənizçilər"in motivasiyası olmasa belə, evdə son pillənin sahibi "Keşlə"yə darmadağın olunması bəraət olunası deyil. Məğlubiyyətdə "Səbail"in qış transferi olan Elvin Yunuszadənin "rolu" az olmadı. Ucaboylu mərkəz müdafiəçi həm vurulan ilk 2 qolda "ikinci mərtəbə"də uduzdu, həm də digər 2 qolda mövqe səhvinə yol verərək seyrçi rolunu oynadı.

 

 

Turun KOMANDAsı - "Qarabağ" (7)

Ardıcıl 2-ci turdur 3 nominasiyada "Qarabağ" fərqləndi - turun baş məşqçisi, qəhrəmanı və komandası. Necə deyərlər, çempion yenə "het-trik" etdi. Bəli, son tura komanda olaraq damğasını vuran "Qarabağ" oldu. Ağdam klubuna çempionluq uğrunda mübarizədə üstələdiyi əzəli rəqibi "Neftçi"ylə matçda nəticə artıq önəmli olmasa da, meydana qələbə üçün çıxmışdı. Axı, burda prinsipial məqam uzun müddət bu rəqibə qalib gələ bilməməsi idi. "Qarabağ" ardcıl 6-cı çempionluğu qazandığı mövsümdə yalnız "Neftçi"yə qalib gələ bilməmişdi. Bu həsrət 2017-ci ilin dekabrından davam edirdi ki, ona nəhayət, son qoyuldu. 

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB