TOP 10

Bundesliqa klubu türk futbolçu transfer etdi

Dünya Futbolu
Tarix: 2019-05-16 10:35

Almaniyanın “Ştutqart” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisi ikinci liqada mübarizə aparan “Holştayn Kil”in türk əsilli futbolçusu Atakan Karazoru heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 

22 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin iyul ayında başa çatacaq 4 illik müqavilə imzalanıb.


“Boxum” və Dortmund “Borussiya”sının aşağı yaş qrupları üzrə komandalarında oynamış Atakan, “Holştayn Kil”də 2017/18 mövsümünün əvvəlindən forma geyinirdi. O, bu komanda ilə cari mövsümdə 21 oyuna çıxıb, 2 qol vurub.

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB