TOP 10

“Ayaks”dan “qızıl dubl”!

Dünya Futbolu
Tarix: 2019-05-16 10:00

Futbol üzrə Hollandiya çempionatında mövsümə yekun vurulub. Sport24.az xəbər verir ki, lider “Ayaks” son turda “De Qraafşap”ı səfərdə 4:1 hesabıyla məğlub edərək, çempionluğunu rəsmiləşdirib.

Bu mövsüm UEFA Çempionlar Liqasında da uğurlu çıxışı ilə hər kəsin rəğbətini qazanan sözügedən komanda yerli çempionatda 34 oyuna 86 xalla bütün rəqibləri üçün əlçatmaz olub. 


83 xal toplamış PSV gümüş medallarla kifayətlənib. Bu iki kollektiv həm də Hollandiyanı növbəti mövsümdə ÇL-də təmsil etmək hüququ qazanıb.


Cəmi 65 xal toplayan “Feyenoord” mövsümü bürünc medalla bitirib. Sözügedən komanda, 4-cü yeri tutan “Alkmaar”la birgə Avropa Liqasına vəsiqə əldə edib. 


“Ayaks” 2013/14 mövsümündən bəri ilk dəfə çempion olur. Bu komanda bütövlükdə 34-cü çempionluğunu bayram edib. Cari mövsümdə Hollandiya kubokunun da qalibi olan kollektiv “qızıl dubl”a imza atıb.

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB