TOP 10

Emin ehtiyatda qaldı, “Kalmar” uduzdu

Dünya Futbolu
Tarix: 2019-05-16 09:30

Futbol üzrə İsveç çempionatında 9-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. 


Sözügedən kollektiv səfərdə “Hekken”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.


Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.


“Kalmar” hazırda 11 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB