TOP 10

Türkiyə kubokunun qalibi “Qalatasaray” oldu

Dünya Futbolu
Tarix: 2019-05-15 23:51

Futbol üzrə Türkiyə kubokunun qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, həlledici oyunda “Qalatasaray”la “Akhisarspor” üz-üzə gəlib.


Sivasda keçirilən final qarşılaşmasında hesabı kubokun sonuncu qalibi olan “Akhisarspor” açıb. Amma 78-ci dəqiqədə azlıqda qalan bu komanda qalan dəqiqələrdə ardıcıl 3 qol buraxmaqla meydanı məğlub tərk edib. Beləcə, “Qalatasaray” Türkiyə kubokunun qalibi olub. Bununla da İstanbul təmsilçisi tarixində 18-ci dəfə kuboku başı üzərinə qaldırıb.


Türkiyə kuboku
Final

15 may


Akhisarspor – Qalatasaray 1:3
Qol: Manu, 57 – S.Gümüş, 80-pen. Fequli, 88. Diane, 90.

24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB