TOP 10

“Qəbələ” “Dinamo”ya həm uduzdu, həm də qalib gəldi

Futbol
Tarix: 2019-05-15 22:10

Gürcüstanın “Dinamo” (Tiflis) klubu ilə əməkdaşlıq çərçivəsində “Qəbələ”nin U-15 və U-13 komandaları Gürcüstana yola düşüblər. Sport24.az xəbər verir ki, 5 günlük səfər çərçivəsində məşqlərlə yanaşı, yoldaşlıq oyunları da nəzərdə tutulub.

Artıq ilk oyunlar başa çatıb. U-15 rəqibinə 1:2 hesabı ilə məğlub olsa da (yeganə qolu Ağasi Babayev vurub), U-13 qələbə qazanıb. "Dinamo"nun 2 qoluna "Qəbələ" 3 topla cavab verib. Hikmət Cəbrayılzadə 2, Vüsal Əmirəhmədov 1 qola imza atıb.


45 nəfərlik nümayəndə heyəti Gürcüstan çempionatının yüksək liqası çərçivəsində "Dinamo" - "Lokomotiv" görüşünü stadiondan izləyib.


Qeyd edək ki, "Qəbələ" və "Dinamo" arasındakı qarşılıqlı razılığa əsasən, mövsümdə bir dəfə hər klub digərinin iki komandasını bazasında qonaq edir və müştərək toplanış keçir.

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB