TOP 10

Əmirquliyev "Səbail"də qalmasının səbəbini açıqladı: "Avroliqada ən azı 1-2 mərhələ keçməyə çalışacağıq"

Futbol
Tarix: 2019-05-15 17:28

"Səbail" mövsüm bitəndən sonra yerli futbolçuların bir neçəsi ilə başa çatan müqavilələri uzadıb. Onlardan biri kapitan Rahid Əmirquliyevdi. Təcrübəli futbolçu ilə yeni 1 illik müqavilə imzalanıb. 30 yaşlı Əmirquliyev Sport24.az-a müsahibəsinə seçimiylə bağlı fikirlərlə başlayıb.  

 

- Klubumla müqaviləm bitəndən sonra anlaşmanı uzatmağı təklif etdilər. Mən də qəbul edərək yeni müqavilə imzaladım. Düzdür, başqa təkliflərim də vardı. Ancaq "Səbail"də qalmağı üstün tutdum. Burda daim oynayıram, mənə rahatdı. Oynamaq istəyirəm, gedib başqa klubda bilmirsən taleyin necə olacaq..."Səbail"də daim oynadığım halda klubumu dəyişərək ehtiyatda oturmaq istəmirəm. 

 

- "Qarabağ" titullar qazansan da, çox az oynadın. "Səbail"də bu 1 ildə dirçəldiyini demək olarmı? Yoxsa hələ də tam formada deyilsən?

- Bəli, "Qarabağ"da az oynayırdım və bu zaman istər-istəməz formada olmursan. Ancaq "Səbail"ə gələndən sonra deyə bilərəm ki, özümə gəlmişəm. Düzdür, yenə çalışacam ki, bundan yaxşı forma yığım, daha yaxşı oynayım.

 

- "Səbail"in mövsümü bürünc medalçı olması gözlənilməz oldu. Hər halda, mövsümün əvvəlində həmin yerə "Qəbələ" daha şox şanslı sayılırdı. Uğurunuzun sirri nədədi? Rəqibləriniz sizi saymadılar, siz də texniki qələbələrdən sonra 5 xal irəli qaçaraq sonadək mövqeyinizi qoruya bildiniz?

 - Deməzdim ki, nəticəmiz təsadüfdü və ya zəif heyətimiz var. Güclü futbolçularımız var. 3-cü pilləyə yüksələndən sonra özünənamız artdı. Çempionat sonra yaxınlaşdıqca isə işimizə daha məsuliyyətlə yanaşaraq mövqeyimizi əldən vermədik. 

 

- Rahid Əmirquliyev mükafatları sırasında  "Səbail"dəki medalı da əlavə etdi. Bu "bürünc" kolleksiyanda hansı yer tutur? "Qarabağ"la qızıl medalların kölgəsində qalmır?

- Əvvəla, onu deyim ki, bu, karyeramda ilk bürünc medaldı. Bunadək qızıl və gümüş mükafatlarım olmuşdu, ancaq "bürünc"üm olmamışdı. "Qarabağ"la 1-ci, "Xəzər Lənkəran"la 2-ci yer tutmuşam. Hər bir uğurun öz dəyəri var. Bu medal da mənim üçün çox dəyərlidi. Hər mükafatın öz yeri var.

 

- Komanda yoldaşınız olan ulduz futbolçu olan Maykl Essyendən nə dərəcədə faydalana bilirsiniz?

- Essyen ulduz futbolçu olsa, böyük klublarda oynasa da, insan kimi çox sadədi. Düzdür, indi formada deyildi. Ancaq yay toplanışında forma yığaraq bizə daha çox kömək edər. Mayklın təcrübəsi  "Səbail"ə çox kömək olacaq. 

 

- Komandanızın heyətində Essyen, sən və avrokuboklar təcrübəsi olan futbolçular var. Ancaq "Səbail" bir komanda olaraq ilk dəfə avrokuboklarda çıxış edəcək. Debütantdan Avroliqada nə gözləmək olar?

- Hələ avrokuboklarla bağlı məsələni müzakirə etməmişik. Yəqin ki, bizi yığacaqlar, avrokuboklar öncəsi qarşımıza məqsəd olacaq. Bəli, yeni komandayıq və çətin olacaq. Ancaq təcrübəli futbolçularımız var ən azından 1-2 mərhələ keçmək istəyirik. Hər halda, bunun üçün çalışacağıq. 

 

- Millinin qarşıdakı matçlarına baş məşqçi Nikola Yurçeviçdən dəvət gözləyirsən? Özünü indi yığma üçün tam hazır sayırsan?

- Bilmirəm baş məşqçinin mənimlə bağlı fikri nədi. Bunu deyə bilmərəm. Ancaq çağırsa, canla-başla oynayaram, mənə ehtiyac duyarsa, kömək etməyə hazıram. Çağırmasa da, canı sağ olsun. Dəvət olunub-olunmamağından asılı olmayaraq milimizi hər zaman dəstəkləyirəm.

 

 

 

MEHMAN SÜLEYMANOV

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB