TOP 10

Nazir ayağı qırılan futbolçunu ziyarət etdi

Dünya Futbolu
Tarix: 2019-05-15 18:33

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Super Liqanın 32-ci turunda keçirilən “Rizəspor”la qarşılaşmada (3:2) ayağı qırılaraq, əməliyyat olunan “Qalatasaray”ın futbolçusu Əmrə Akbabanı ziyarət edib. Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əmrənin əməliyyat olunduğu xəstəxanaya baş çəkən nazir, futbolçunun vəziyyəti ilə maraqlanıb. Eyni zamanda, “Alanyaspor”un fəxri prezidenti olan Çavuşoğlu, əvvəllər bu klubda oynamış Akbabaya, “hələ gəncsən, daha tez sağalarsan” deyərək, dəstək olub.


Əməliyyatdan sonra ilk dəfə açıqlama verən Akbaba, bunları deyib: “Acımı paylaşan hər kəsə təşəkkür edirəm. Uğurlu əməliyyatdan sonrakı çox əhəmiyyətli dövr başladı. Dayanmaq yoxdur, hamınızı sevirəm”.


Ayaq biləyi qırılan futbolçu uzun müddət yaşıl meydanlardan kənar qalacaq. Onun növbəti mövsümdə forma geyinə bilməyəcəyi bildirilir.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB