TOP 10

İran millisində belçikalı baş məşqçi

Dünya Futbolu
Tarix: 2019-05-15 13:24

Futbol üzrə İran millisini çalışdıracaq yeni baş məşqçinin adı məlum olub. Sport24.az xəbər verir ki, yığmanın “sükan”ı Mark Vilmotsa tapşırılacaq. 


Bu barədə İran mətbuatı məlumat yayıb. Vilmotsla müddəti DÇ-2022-nin sonuna qədər olan müqavilə imzalanacaq.


2012-2016-cı illərdə Belçika millisinə rəhbərlik edən Vilmotsun son iş yeri Fil Dişi Sahili yığması olub. Belçikalı mütəxəssis 2017-ci ilin noyabrından işsizdir.


İran millisini son olaraq Karluş Keyruş çalışdırıb. O, DÇ-2018-dən sonra baş məşqçi postundan ayrılıb.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB