TOP 10

“Futbol və biznes” sammiti: güzəştlər,  rəqəmlər, büdcə şəffaflıgı”

Futbol
Tarix: 2019-05-15 11:56

Bu gün “Futbol və biznes” sammiti keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə futbolun inkişaf modelləri, vergi qanunvericiliyində edilən güzəştlərdən, AFFA və UEFA arasındakı əməkdaşlıq barədə danışılıb.

 

AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin rəhbəri Tural Piriyev “futbolun iqtisadiyyata təsiri” mövzusuna toxunub: “Rober Pires də bizimlədir. Tədbirin səfiridir. Son DÇ-nin gəliri 5 milyard dollar təşkil etmişdir. Dünyada işləyən insanların 5,3 faizi futbolla təmin olunur. 2017-ci ildə ölkəmizdə keçirilən sorğuda valideynlər övladlarını hansı idman növünə verdiklərinə dair sualı cavablandırıb. Sevindiricidir ki, futbol 1-ci olub. Avropa Liqasının (AL) finalına 40 min insan gələcək. Bu da turizm və iqtisadi baxımdan bizə xeyli faydalıdır. Finaldan sonra biz hər qoyulan manata nə qədər gəlir əldə etdiyimizi də dərc edəcəyik”.

 

Vergilər Nazirliyinin nümayəndəsi Elçin Məmmədov işə “vergi qanununda son dəyişikliklər futbolun inkişafına nə dərəcədə təsir göstərəcək” sualına aydınlıq gətirib: “Vergi məcəlləsində müəyyən stimullar nəzərdə tutulub. Yarışlarda qalib gəlmiş idmançılara verilən mükafatlar vergidən tam azaddır. İdmana yatırılan vəsaitin 10 faizi vergidən azad edilir. Bu, 10 illik güzəştdir. Düşünürəm ki, bu da daha çox insanı futbola cəlb edəcək. Rəqəmlərlə izah etsək bu, belə olacaq. Bir şirkətin gəliri 1 milyondursa və o, bunun 100 minini futbola xərcləyibsə, vergini 900 mindən ödəyəcək".

 

Piriyev AL-nin finalının Bakıya verilməsini dövlətin dəstəyi ilə əlaqələndirdi: “AFFA-nın partnyorlarının 90 faizi vergi güzəştlərdən faydalana biləcək. Bu ayın sonunda Bakıdakı AL-in finalın ən böyük dəstəkçisi dövlət oldu. Məhz bunun sayəsində biz Avropa Liqasının finalını Azərbaycana gətirə bildik”.

 

Nazirlik nümayəndəsi “yaxın gələcəkdə vergidə hansı yeniliklər gözlənilir” sualını cavablandırarkən bunları dedi: “Bizdə tək uzunmüddətli deyil, qısamüddətli yarışlar üçün də güzəştlər nəzərdə tutulub. Yaxın günlərdə bu fərman rəsmiləşəcək və AL finalı ilə yanaşı, gələn il ölkəmizdə təşkil ediləcək Avropa Çempionatının final mərhələsinin 4 matçına da şamil ediləcək”.

 

Bölgə futboluna yatırım etmək istəyən iş adamları demək olar ki, yoxdu. Vergilər məcəlləsində bölgə futboluna yatırım etmək istəyən insanlar üçün hansısa fövqalgüzəşt planlaşdırılırdı” sualına isə həm Elçin Məmmədov, həm də Tural Piriyev cavab verdilər:

 

E.M.: 2019-cu ildəki füzəştlər ilk addım idi. Gələcəkdə belə təşəbbüs irəli sürülsə, bunu müzakirə etmək olar.

 

T.P.: Bu, işin ziyanına ola bilər. Çünki fövqalgüzəşt olacağı təqdirdə, iş adamları öz bizneslərini yeritmək üçün futboldan istifadə edəcəklər. Belə iş adamları futbola gəlsələr də, çox uğursuz alındı və qısa zamanda səhnədən silindilər.

 

- Klublar illik hesabatın təqdim etdi. Ancaq nə işçilərin maaşları göstərilib, nə də futbolçuların. Üstəlik futbolçular bu gün də ikili müqaviləyə imza atır. Futbol matçlarımızın yayımı zamanı reytinq ən aşağı həddə olur. Belədə, reklam tərəfdaşı tapmaq axı real deyil...

E.M.: 2019-da vergi qanunvericiliyində edilən dəyişikliklər vətəndaşların kölgə vergisindən üzə çıxmaq üçün hər cür şərait yaradıldi. 8000 manatadək maaş alanların gəlir vergisindən azad edilməsi faktı MDB məkanında yeganə haldı. Vergi ödəmək bir mədəniyyətdir. İldən-ilə vergi ödəyicilərinin üstünlükləri artacaq.

 

UEFA nümayəndəsi Noel Money isə futbol biznesinin strategiyasından bəhs etdi: “Futbol strategiyaya söykənməlidir. Burda vergi güzəştləri barədə danışıldı. Bu da strategiyanın bir qoludur. 5 il əvvəl AFFA ilə sıx əməkdaşlığa başlamışıq. UEFA GROW proqramı barədə bəhs edəcəm. Mənim üçün yaxşı bir nümunə oldu. Hansısa klubun inkişaf strategiyası olmalıdı. Biznesin fundamental xətti iştirakdı. Futbolun gələcəyini yüksək səviyyədə olmağını istəyirsinizsə, alt sıradan başlamaq lazımdı. Futbol dünyanın 1 nömrəli idman növüdür. İkinci məqam imicdi. Futbola olan sevgiylə yanaşı, buna biznes kimi də yanaşmalıyıq. Futbol haqda bütün ölkə bilməlidir. Futboldan qazanmaq barədə düşünmək lazım deyil. Futbola yatırım edib, gəlir götürüb, yenidən yatırım etmək lazımdı”. 

 

 

CEYHUN ƏLİYEV
 

22 Noyabr 2019
21 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB