TOP 10

Bordin "Neftçi"yə daha bir həmyerlisini gətirir - İtaliya millisinin sabiq üzvünü "Qarabağ" da istəyir

Futbol
Tarix: 2019-05-15 09:18

Rumıniyanın "Botoșani" klubunun italiyalı futbolçu Dieqo Fabbrini karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az xəbər verir ki, İtaliya mətbuatı "Neftçi"nin 29 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olduğunu yazıb.

 

Fabbrini "Botoşani"ylə müqaviləsi başa çatdığından "ağ-qaralar"a azad agent statusu ilə qoşula bilər. "Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordinin həmyerlisini sərəncamında görmək istədiyi bildirilir. Fabbrini ilə "Qarabağ"ın da maraqlandığı xəbərdə qeyd olunur.

 

Dieqo karyerasına yetirməsi olduği "Empoli"də başlayıb. Fabbrini vətənində "Udineze", "Palermo", "Syena", "Spetsiya"da, İngiltərədə "Uotford", "Milluol", "Birmingem", "Midlsbro"da, İspaniyada "Ovyedo"da oynayıb. O, 2018-ci ildən Rumıniyada çıxış edərək 19 oyunda 4 qol vurub.  Fabbrini millisininin heyətində yeganı matçı İngiltrə yığmaısyla yoldaşlıq görüşü olub.

 

Qeyd edək ki, milli çempionatımızda ilk italiyalı futbolçu məhz Bordinin vaxtında "Neftçi"yə gətirilib. Bu, qış fasiləsindən sinra flaqmanda çıxış edən təcrübəli hücumçu Canluka Sansonedi. 

17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB