TOP 10

Alxasov Region Liqasının finalındakı atmosferə valeh olub: "Təsəvvür edin ki, oyun Qusarda olsaydı, nə ab-hava olardı..."

Futbol
Tarix: 2019-05-14 21:59

"Futbol həyatımda Qusarın da rolu var, Sumqayıtın da. Hər iki şəhər mənə doğmadı. Ancaq finalda "Şahdağ"a azarkeşlik edirdim, çünki əslən Qusardanam". Bu fikirləri Sport24.az-a açıqlamasında "Keşlə"nin futbolçusu Slavik Alxasov bildirib.

 

AFFA-nın təşkil etdiyi Region Liqasında "Şahdağ" - "Uğur" matçını keçirildiyi "ASCO Arena"dan izləyən təcrübəli sol cinah oyunçusu doğma rayonunun məğlubiyyətinə belə izah verib: "Uğur"un heyətində Vüqar Nadirov, Ruslan Poladov kimi təcrübəli futbolçular də vardı. Onlar Premyer Liqada öz spzlərini demiş oyunçulardı. Rəqibə təcrübə baxımından uduzduq. Ancaq oyun baxımından "Şahdağ" yaxşı idi".

 

Slavik bu turnirin keçirilməsini çox gözəl təşəbbüs sayaraq futbolun bölgələrə qayıtmasında böyük rol oynadığını diqqətə çatdırıb: "Çox şadam ki, belə finalı izlədim, tribunalar demək dolu idi. Rayonumuzun çılğın azarkeşlərinin sayəsində stadionda belə atmosferi, ajiotaja görməyə çox sevindim. Tribunalarda güclü dəstək, fişəng yandırılması, onun meydançanın kənarına atılması, qazonun bir hissəsinin yanması, alovun söndürülməsi üçün oyunun bir neçə dəqiqəlik dayandırlması - bunlar finala əlavə rəng qatır. Bu da komandanın əhval-ruhiyyəsini qaldırır. Təsəvvür edin ki, oyun Qusarda olsaydı, nə ab-hava olardı... Bütün Qusar yığışıb gələrdi, stadion tam dolardı".

 

Qeyd edək ki, Qusarda anadan olan 26 yaşlı Alxasov "Sumqayıt"da 5 il forma geyinib. 

 

 

MEHMAN SÜLEYMANOV

17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB