TOP 10

Region Liqasının qalibinin prezidenti növbəti hədəflərini açıqladı: "Bunadək problem olan bank təminatımız artıq həll olunası məsələdi"

Futbol
Tarix: 2019-05-14 17:00

"Gözlədiyimiz kimi, final qarşılaşması gərgin keçdi. Ümumiyyətlə, builki Region Liqasını bütün mövsüm üzrə götürsək, keçən ilkiylə müqayisədə daha çətin oldu. Bu, hamı üçün belə idi. Çünki ildən-ilə keyfiyyət artdığından bu gözlənilirdi ki, işin gedişatı belə olacaq. Təbii ki, buna görə tədbirlərimizi görmüşdük, həlledici matça ciddi hazırlaşmışdıq. Əzmkar oyun getdi  bütün komandaya təşəkkür etmək istəyirəm. Rəqibə də təşəkkür edirəm bu mübarizəyə görə. Güclü qalib gəldi". Bu fikirləri Sport24.az-a açıqlamasınfa Sumqayıtın "Uğur" klubunun prezidenti Vasif Maşayev bildirib.

 

"Gənclik şəhəri"nin təmsilçisi 3-cü ildir həvəskarların yarışında qalib olur. Bu, ilk ildə həvəskarlar çempionatı idisə, sonrakı 2 ildə AFFA Regional Liqasında reallaşır. Maşayev növbəti hədəflərinin peşəkar kluba çevrilərək I Divizionda çıxış etmək olduğunu deyib: "AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla bununla bağlı ayaqüstü qısa söhbətimiz oldu. Çox güman, yaxın gələcəkdə ayrıca görşümüz olacaq. Hələ ki oyunun ajiotajı var, Bir-iki təşkilati məsələləri həll etsək, ümidvaram ki, gələn mövsüm I Divizionda oynamaq vəsiqəsini əldə edəcəyik. Bunadək bank təminatıyla bağlı problemimiz var idi. Gözləyirdik mövsüm bitsin, əlimizdə nəticə olsun ki, bundan sonra həmin məsələni gedib kimdənsə xahiş edəcəkdik. Ümid edirəm ki, bu, artıq həll olunası məsələdi".

 

Klub prezidenti I Divizionda çıxış etmək üçün texniki məsələlərin ortaya çıxdığını yaxşı bildiklərini diqqətimizə çatdırıb: "Məlumdu ki, yaş limtininə uyğun futbolçularla heyət qurmaq lazımdı. Aydın məsələdi ki, tək istəklə iş bitmir. Biz də birinci gün deyilik ki, futboldayıq. Bilirik ki, müəyyən şərtləri həll etmək lazımdı. Onu deyim ki, indiki heyətimiz keçənilki kimi deyildi. Bilirdik ki, bu mövsüm çətin daha çətin olacaq. Ona görə mükaməl heyət yığmaq istəyirdik ki, bu da alındı. Təbii ki, I Divizion Region Liqası bundan üst liqadı. bundan da çətin matçlar, rəqiblər var. Buna görə tədbirlərimizi görəcəyik".

 

 

MEHMAN SÜLEYMANOV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB