TOP 10

AFFA-dan iki komandaya texniki məğlubiyyət

Futbol
Tarix: 2019-05-14 16:57

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:


Futzal üzrə Yüksək Liqanın “Araz” – EKOL matçının 40-cı dəqiqəsində “Araz”ın futzalçısı İsa Atayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün klub 1 oyun cəzalanıb.


Futzal üzrə Yüksək Liqanın EKOL – “Araz” matçının 38-ci dəqiqəsində EKOL-un futzalçısı Ramiz Çovdarov aqressiv davranışa görə meydandan kənarlaşdırıldığı üçün klub 2 oyun cəzalanıb.


Futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Təbriz” matçında “Təbriz” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.


Azərbaycan həvəskarlar liqasının “Fədək” – “Neftçala” matçında “Fədək” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB