TOP 10

Divizionda da mövsümün son cəzaları bəlli oldu

Futbol
Tarix: 2019-05-14 16:33

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

“Səbail-2” – “Zirə-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün, klub 80 manat cərimə olunub. Oyunun 28-ci dəqiqəsində “Zirə-2” klubunun futbolçusu Hüseyn Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

 

“Qarabağ-2” – “Kəpəz” matçı Gəncə təmsilçisinə görə 10 dəqiqə gec başlayıb. Buna görə “Kəpəz” klubu 240 manat cərimə olunub.

 

“Keşlə-2” – “Zaqatala” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Keşlə-2” klubunun futbolçusu Əkbər Vəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

 

“Ağsu” – “Turan Tovuz” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

“Sumqayıt-2” – “Şüvəlan” matçında “Şüvəlan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB