TOP 10

Cavadov azarkeş marağını, Sadıqov prioriteti ön plana çəkdi: "Ən vacib məqsədimiz olan futbolun bölgələrə qayıtmasına nail olmuşuq"

Futbol
Tarix: 2019-05-14 16:00

"Bir şeyə qiymət verəndə, nəyləsə müqayisə edib fikir yürütmək olar. Onu deyə bilərəm ki, ikinci ildi Region Liqası yaşayır. Və bir daha sübut olundu ki, AFFA tərəfindən həyata keçirilən  bu ideya uğurlu layihədi. Bu gün görürük ki, asanlıqla futbol oynamaq, ümumiyyətlə, çempion olmaq bir tərəfdən də rahat deyil, çünki gərgin mübarizə var". Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov bildirib. 

 

AFFA-nın təşkil etdiyi Region Liqasının keçirilməsinə cavabdeh olan Məşqçilər Komitəsinə rəhbərlik edən təcrübəli mütəxəssis başa çatan 2-ci mövsümə yekun vurub: "Çox sevinirik ki, eyni liqadan - Şimal liqasından komandalar finala vəsiqə qazandı. Baxmayaraq ki, hər bir bölgədən komandalar yarışda iştirak edib. Bildiyiniz kimi, bu dəfə iştirakçı sayı çoxdu, 36 komanda çıxış edib. İnanıram ki, gələn mövsümdə bundan da artıq komandalar mübarizə aparacaq. AFFA tərəfindən hər bir kluba dəstək olmuşdu - idman formasından tutmuş toplara qədər. Bəzi komandalara stadionun icarə haqqı ödənilmişdi. Hər bir imkan yaradılmşdı ki, futbol bölgələrə qayıtsın. Ən vacib məqsədimiz böyük futbolun əyalatə dönməsinə təkan verməkdi ki, buna da nail olmuşuq".

 

Sadıqov finalçıların - "Şahdağ"la artıq ikiqat çempion olan "Uğur"un I Divizionda çıxş etməsini müzakirə etdiklərini diqqətimizə çatdırıb: "Bununla bağlı klub rəhbərliyi ilə söhbət etmişik. Bu klubların hər biri I Divizionda çıxış edə bilər. "Uğur"da I Diviziona yollanmaq yönündə ilk addımları görürük. Onlarda 10-11-12 yaşlı komandalar, habelə qızlar komandası var. "Uğur" gələcəyə baxaraq bu addımları atıb. İnşallah, belə bir komandaları I Divizionda görə biləcəyik. Ancaq bir şeyi də yaddan çıxarmayaq ki, gərək mütləq lisenziya şərtlərinə cavab versinlər. Çoxdan arzulayırıq ki, bölgələrdə olan komandalar böyük futbola qayıtsınlar. Region Liqasını yaratmaqda da məqsəd bu keçidə təkan verməkdi. Təki bu olsun, ancaq lisenziya şərtlərinə cavab verməklə yanaşı, uzun müddətli komandanın fəaliyyət göstərməsini istərdik. Futbolu bölgələrə qaytarmaqla sübut oldu ki, bölgələrdə futbol üçün darıxıblar. Mingəçevirdə 3-5 min azarkeşi görəndə buna şahid olduq, Region Liqasına azarkeş marağı çox böyükdü. Baxmayaraq ki, bu yarış həvəskar statusuna malikdi.  Onu da qeyd etmək lazımdı ki, bu, tək AFFA-nın layihəsi deyil, icra başçıları ilə birgə həyata keçirilən bir layihədi".

 

AFFA İcraiyyə Komitəsinin digər üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov da final matçında ah-havanın göz qabağında olduğunu deyərək, böyük futbolun bölgələrə qayıtmağının vacibliyindən danışıb: "Gördüyünüz kimi, final gözəl keçdi, sonadək mübarizə oldu. Regionlara oyunlara baxmağa gedirik, hamısı belə yüksək səviyyədə keçir. Düzdür, tədbirləri gec başlamışıq, ancaq gələcəkdə bu bizə imkan verəcək ki, yerli komandalarda uşaq məktəbləri də açılsın. Bunu gələcəkdə qeyd edəcəyik ki, Region Liqası buna yardımçı oldu. Tək AFFA yox, rayon icra başçıları da buna dəstək verməlidirlər. Ümumiyyətlə, futbolu regionda qaldırmasaq, bizdə böyük problem olacaq. Camaat mübarizəni görür, sevinir, hamı istəyir ki, bütün regionlarda futbol olsun. Bu yoloa gedirik və inanırıq ki, gələcəkdə bundan yüksək səviyyədə olacaq. Premyer Liqada oyunlarda bu qədər azarkeş olmur, mübarizəni qızışdırmaq lazımdı".

 

 

MEHMAN SÜLEYMANOV

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB