TOP 10

"Uğur"un uğurunun sirrini baş məşqçisi açıqladı: "Artıq sübut etdik ki, I Divizonda oynamağa layiqik"

Futbol
Tarix: 2019-05-14 15:00

"Final matçını daha çox müdafiədın quraraq zamanımızı gözləyirdik. Fasilədə futbolçularımıza tapşırıq verdik ki, rəqib irəli gedəcək, bundan istifadə edin. Gördük ki, rəqibin müdafiəçiləri bir az ağırdı. İmkan verdik ki, hücumlara gəlsinlər, onları əks-hücumlarda yaxaladıq. Şükür, qollarımzı vurduq, qələbəmizi qazandıq". Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi olan "Uğur"un baş məşçqisi Qəzənfər Abbasov bildirib.

 

"ASCO Arena"da keçirilən finalda Qusar "Şahdağ"ı 2:0 hesabıyla məğlub edən Sumqayıt klubunun çalışdırıcısı qələbələrində bütün komandanın əziyyətinin olduğunu söyləyib: "Bütün futbolçularımızı təbrik edirəm. Yəqin ki, biz layiq idik, biz də qazandıq. Əlbəttə, bu qələbə doğma Sumqayıtımızın bu il olan 70 illik yubileyinə bizim futbol klubu adından bir hədiyyədi. Əlimizdən gələn bu yarışda uğur qazanmaq idi, kuboku şəhərimizə hədiyyə edirik".

 

Məlumdu ki, "Uğur" 2-ci ildi keçirilən bu turnirin qalibi olub. Abbasov yarışmaları belə müqayisə edib: "Final hər zaman çətin olur. Budəfəki çempionatda iştirak edən komandalar keçən ilkiylə müqayisədə səviyyəcə bir az daha üstün idilər. Güclü komandalar, yaxşı futbolçular çox idi. Allaha şükür ki, 2-ci ildə də hədəfimizə çatdıq".

 

"Uğur" üçün Region Liqası artıq keçilmiş bir yoldu. Növbəti hədəf peşəkar klub olaraq I Divizionda çıxış etmək olmalıdı: "Bəli, artıq sübut etdik ki, I Divizonda oynamağa layiqik. Məncə, çıxıb orda da layiqli mübarizə apararıq və heç də pis nəticə qazanmarıq. Sadəcə, maddi imkanlar var ki, bunların həlliylə rəhbərlik məşğuldu. Alınsa, çıxış edəcəyik. Həll olunmadan futbolçulara deyə bilmərik ki, oynayırıq. Təbii ki, heyət də güclənməlidi".

 

 

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB