TOP 10

Səmədov Bakıdakı finalda təhlükəsizlikdə qətiyyən problem görmür: "Hər şey əla olacaq, matça gəlin!"

Futbol
Tarix: 2019-05-14 14:09

Rusiya millisinin əslən azərbaycanlı olan sabiq futbolçusu Aleksandr Səmədov Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin "Arsenal" - "Çelsi" finalını izləmək məqsədilə Bakıya gəlmək fikrində olan ingiltərəli azarkeşlər üçün təhlükəsizliklə bağlı rəsmi xəbərdarlığına münasibət bildirib. Sport24.az əxəbər verir ki, mayın 29-da keçiriləcək qarşılaşmanın səfiri olan "Krılya Sovetov"un təcrübəli yarımmüdafiəçisi paytaxtımızın gözəl şəhər olduğunu bildirib: "Bu, onunla da təsdiqlənir ki, son illərdə orda həddən çox önəmli idman tədbirləri keçirilir. Təhlükəsizliə bağlı ümumiyyətlə, problem görmürəm. Hesab edirəm ki, hər bir insan özü özünə problem yarada bilər. Hər şey ondan asılıdır ki, insanlar bu və digər vəziyyətlərdə özlərini aparlarından və emosiyalarını saxlamasından asılıdı! Bakıya gəlincə, bura iki dəfə futbolçu kimi gəlmişəm və hər şey xoşuma gəlib. Bakıda çox mehriban insanlar var. Buna görə də əminəm ki, hər şey əla olacaq. Avropa Liqasının finalına gəlin!"

 

Qeyd edək ki, bundan öncə "Lokomotiv"u baş məşqçisi Yuri Syomin Bakıya dəstəyini nümayiş etdirib. "Qəbələ"yə tarixndə ilk medalı və avrokuboklara vəsiqəni qazandıran təctübəli rusiyalı mütəxəssis Azərbaycanla bağlı oxumağı məsləhət bikərək əla ölkəmizin olduğunu, burda düzgün, zəhmətkeş insanların yaşadığını, futbolu çox sevdiklərini, onların qonaqları qəbul etməyi çox sevdiklərini bildirib.  

 

 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB