TOP 10

Region Liqasının qalibləri mükafatlandırıldı - FOTOLAR

Futbol
Tarix: 2019-05-14 13:43

AFFA-nın təşkil etdiyi Region Liqasının 2018/2019-cu il mövsümünə yekun vurulub. Sport24.az xəbər verir ki, ötən gün “ASCO Arena”da keçirilən final qarşılaşmasında Qusarın “Sahdağ” və Sumqayıtın “Uğur” komandaları qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən “Uğur” ardıcıl ikinci dəfə Region Liqasının qalibi olub. 

 

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İçtimai Birliyinin prezidenti İskəndər Cavadov, İK-nın üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Azərbaycan milli komandasının baş məqçisi Nikola Yurçeviç təqdim ediblər. Vüqar Nadirov Region Liqasının 2018/2019-cu il mövsümünün ən yaxşı oyunçusu adına layiq görülüb.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB