TOP 10

Əlibabayev finaldakı məğlubiyyətin səbəbini açıqladı: "Şahdağ"ın I Divizionda oynamağı üçün bank təminatımız da hazırdı"

Futbol
Tarix: 2019-05-14 12:36

"Finalda qalib gəlməyi çox istəyirdik. Ancaq son dəqiqələrdə buraxdığımız qollarla uduzduq. Məğlubiyyətimizdə əsas səbəb  hücumçu problemi oldu". Bu fikirləri Sport24.az-a açıqlamasında Qusarın "Şahdağ" klubunun baş məşqçisi Kamran Əlibababayev bildirib.

 

AFFA-nın təşkil etdiyi Region Liqasının finalında Sumqayıtın "Uğur" klubuna 0:2 hesabıyla uduzan qusarlıların çalışdırıcısı irəlidə yeganə hücumçu kimi Osman Osmanova güvəndi. Ancaq "Şahdağ"ın "14 nömrə"si ümidləri doğrultmadı. Əlibabayev isə fərqli düşünür: "Osman pis oynamırdı. Hücumçu kimi İlham Allahverdiyevi sifariş etmək istəyirdik, ancaq baş tutmadı".

 

"Şahdağ"ın sponsorları final matçını izləməyə gəlmişdilər. Maraqlıdı, uzun illər Premyer Liqada çıxış etmiş bu klubu növbəti mövsümdə heç olmasa I Divizionda görə biləcəkmi? Əlibabayevi dinləyək: "İnşallah, onlar oynamağımı istəyirlər. Bununla bağlı AFFA, PFL rəhbərliyi ilə görüşəcəklər. Biz tərəfdən hər şey hazırdı - sənədlər, məktublar, bank təminatı. Sponsorlar I Diviziona getməyimizi istəyirlər. Bununla bağlı söhbət olacaq. Əlbəttə, azarkeşlərimiz də bunu çox istəyirlər. Onlara minnətdarıq. Əziyyət çəkib bura qədər gəlmişdilər. Ancaq oyunda nəsə çatışmadı. Bir səhvə görə qapımıza qol vuruldu".    

 

 

MEHMAN SÜLEYMANOV

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB