TOP 10

“Roma” daha bir əfsanəsi ilə vidalaşır

Dünya Futbolu
Tarix: 2019-05-14 12:50

Futbol üzrə İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Daniele De Rossi mövsümün sonunda “Roma”dan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 


“Roma” ilə müqaviləsi mövsümün sonuna qədər olan Rossi, A Seriyası təmsilçisiylə yeni sözləşmə imzalamayacaq.


2002-ci ildən yetirməsi olduğu “Roma”nın əsas komandasında çıxış edən Rossi, bu mövsüm 22 qarşılaşmada iştirak edib. Komandanın kapitanlıq sarğısını daşıyan 35 yaşlı futbolçu, 117 dəfə də İtaliya millisinin uğurları üçün çalışıb.

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB