TOP 10

Yurçeviç Region Liqasına qiymət verdi, təəccübləndiyi məqama toxundu: "Burda 4-5 futbolçu var ki..."

Futbol
Tarix: 2019-05-14 12:00

AFFA-nın təşkil etdiyi Region Liqasının final matçın "ASCO Arena"da izləyənlər arasında milli komandamızın baş məşqçisi Nikola Yurçeviç də vard. Xorvatiyalı mütəxəssis "Şahdağ" - "Uğur" görüşündən (0:2) sonra Sport24.az-ın suallarını cavablandırıb.

 

- Sizi adətən Premyer Liqa matçlarında görməyə adət etmişik. Ancaq bu dəfə Regionlar Liqasında görmək diqqətimizi çəkdi...

- AFFA-da çalışıram və milli komandanın baş məşqçisi kimi final matçında iştirak etməyə dəvət etdilər. Həm qarşılaşmadan sonra mükafatlandırılma mərasimində iştirakım nəzərdə tutulmuşdu. Mənim üçün Azərbaycan futbolunda hər bir yarış maraqlıdı - Premyer Liqa kimi həvəskarların da liqası.

 

- Yəqin ki, gəlməyinizə görə peşman olmadınız. Maraqlı qarşılaşma idi...

- Bəli, çox. Final matçı idi, liqanın qalibi müəyyənləşirdi. Oyunu bəyəndim. Mənə görə çox maraqlı görüş idi. Stadionda möhtəşəm atmosfer idi. Açığı, bu, məni yaxşı mənada təəccübləndirdi. Burdan pozitiv hisslərlə ayrılıram. Belə bir liqanı təşkil etmək təşəbbüsü çox yaxşıdı və bunu dəstəkləyirəm. 

 

- Sizcə, nəticə oyuna görə oldu?

- Görüşü izlədiyim zamanı əlavə vaxtın olacağını düşünməyə başladım. Çünki hesab açılmamışdı və hər şey buna doğru gedirdi. Şanslar bərabər idi. Ancaq "Uğur" son 10 dəqiqədə əvvəlcə hesabı açdı, son saniyələrdə isə üstünlüyünü artırmaqla matçda bütün suallara aydınlıq gətirdi. 

 

- Burda elə futbolçular oldu ki, xoşunuza gəldi və Premyer Liqada çıxış edə bilərlər?

- Ola bilər ki, belələri var. Ancaq əlbəttə, hamısı yox. 4-5 futbolçu var ki, yaxşı idilər. Bu, mümkündü ki, bir gün onları Premyer Liqada görək.  

 

 

MEHMAN SÜLEYMANOV

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB