TOP 10

Rizvanov “Sparta”ya qarşı 70 dəqiqə oynadı

Dünya Futbolu
Tarix: 2019-05-14 11:00

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 7-ci turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv səfərdə “Sparta” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.


Rizvanov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.


“Bohemians”ın U-21 komandası hazırda 12 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB