TOP 10

Eratın komandası yarımfinala yüksəldi

Dünya Futbolu
Tarix: 2019-05-14 10:31

Futbol üzrə Türkiyə 2-ci liqasında 1-ci liqaya vəsiqə uğrunda pley-off oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” də bu mərhələdə növbəti oyununa çıxıb. 


Sözügedən kollektiv doğma meydanda “Şanlıurfaspor”la qarşılaşıb. Futbolçumuzun komandası səfərdə minimal hesabla (1:0) məğlub etdiyi bu rəqiblə cavab oyunundan da qələbəylə (2:1) ayrılıb və yarımfinala yüksəlib.


Toğrul bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.


“Fatih Karagümrük” finala vəsiqə qazanmaq üçün “Manisa BB” ilə qarşılaşacaq. Sözügedən komanda ilə ilk oyun mayın 17-də səfərdə, cavab qarşılaşması isə ayın 21-də doğma meydanda baş tutacaq.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB