TOP 10

Nəbiyevin komandası 3 xalı 5 qolla qazandı

Dünya Futbolu
Tarix: 2019-05-14 09:30

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 7-ci turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Yablonets”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:1.

Meydana çıxdığı 25 oyunda vurduğu 19 qolla komandasının ən məhsuldar futbolçusu olan Nəbiyev bu görüşün iştirakçısı olmayıb.

“Slaviya”nın U-21 komandası hazırda 16 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB