TOP 10

“Neftçi”nin hazırlıq planı açıqlandı

Futbol
Tarix: 2019-05-13 19:22

“Neftçi” PFK-nın 2019/2020-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib. Sport24.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda baş tutacaq. 


Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.


Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyədə olacaq. Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komanda qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20, 25 və 30-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB