TOP 10

Qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalandı

Cüdo
Tarix: 2019-05-13 16:00

Bu gün Azərbaycan Cüdo Federasiyasında görüş keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası ilə Səudiyyə Ərəbistanının Cüdo Federasiyası arasında baş tutan görüşdə qarşılıqlı əməkdaşlıq mövzusunda müzakirələr aparılıb.


Tədbirdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov çıxış edərək ölkəmizdə idmanın, xüsusən də cüdonun inkişafından, eləcə də bu idman növündə Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən söhbət açib. Ötən il Bakıda keçirilən cüdo üzrə dünya çempionatı və artiq bir neçə ildir respublikamızın ev sahibliyi etdiyi “Böyük dəbilqə” turniri haqda ətraflı məlumat verib. O, Səudiyyə Ərəbistanının Cüdo Federasiyası ilə əməkdaşlığın əhəmiyyətli olacağina inandığını bildirib.


Səudiyyə Ərəbistanı Cüdo Federasiyasının vitse-prezidenti Nabeel Mohammed Al-Hassan Azərbaycanın dünyanın idman ölkələri arasında xüsusi yerinin olduğunu bildirib. Azərbaycan cüdosunun inkişafından və cüdoçularımızın dünyanın ən güclülərindən olduğundan söhbət açan qonaq bu əməkdaşlıqdan böyük məmnunluğunu ifadə edib. O, Azərbaycanın təcrübəsindən uğurla yararlanacaqlarını söyləyib.


Ardınca Azərbaycan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, eləcə də bu sahədə gedən güclü inkişafdan bəhs edib.

Görüşdə tərəflər dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini arzu edərək aşağıdakılar barədə razılığa gəliblər: bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarının, turnirlərin və yoldaşlıq görüşlərinin təşkili və keçirilməsi; tərəflərin üzvü olan idman təşkilatlarının, elecə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılması; məşqçilər və hakimlər üçün birgə seminarların təşkili, müxtəlif təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi; müxtəlif yarışlarda təmsil olunmaq üçün zəruriyyət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi.


Sonra Azərbaycan Cüdo Federasiyası ilə Səudiyyə Ərəbistanının Cüdo Federasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB